Birləşmiş Ştatlar heç vaxt borc öhdəlikləri üzrə defolt elan etməyib və etməyəcək.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu sözləri ABŞ prezidenti Co Bayden bazar günü Hirosimada keçirilən Yeddilik Qrupu (G7) sammiti çərçivəsində mətbuat konfransında deyib.
“ABŞ Konqresinin bütün dörd lideri mənimlə razılaşır ki, defolt uyğun bir tərcih deyil. Və mən bu liderlərin hər birinin bu öhdəliyə əməl edəcəyini gözləyirəm. Amerika həmişə borcunu ödəyib, heç vaxt defolt elan etməyib və etməyəcək”, - Bayden qeyd edib.
Bayden Vaşinqtona qayıdarkən ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə milli borc tavanı ətrafında vəziyyəti müzakirə edəcəyini də bildirib. “Bizim komandalarımız bu məsələ üzərində işləməyə davam edir”, - ABŞ prezidenti əlavə edib.
Sorğu
Yeni dizaynımız necədir?