Gundemxeber.az » Dünya » MİT-dən PKK-ya zərbə: Gizli xəbərləşmə üsulları yaradan məsul şəxs zərərsizləşdirildi
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT - Milli İstihbarat Teşkilatı) PKK terror təşkilatının kommunikasiyalar üzrə məsul üzvü, “Rodi” kod adlı Emre Şahini zərərsizləşdirib.
Gundemxeber.az bildirir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.
Bildirilib ki, terror təşkilatının kommunikasiya sistemində istifadə edilən proqramları yazan Şahinin İraqın şimalındakı Qaraya keçdiyi müəyyən olunub.
Təşkilatın kommunikasiya infrastrukturunu quran və fəaliyyətindən məsul olan Şahinin gizli xəbərləşmə üsulları üzərində işlədiyi üzə çıxıb. Əməliyyat zamanı Emre Şahin mühafizəçisi ilə birlikdə zərərsizləşdirilib.
Bununla da PKK terror təşkilatının kommunikasiya infrastrukturuna ciddi zərbə vurulub.
Məlumata görə, PKK/KCK adlanan xüsusi təyinatlı qüvvələrin tərkibində fəaliyyət göstərən və kommunikasiya infrastrukturuna cavabdeh olan terrorçu 2014-cü ildə təşkilat sıralarına qoşulub.
Qeyd edilib ki, təşkilata qoşulduqdan sonra Şırnakda təhlükəsizlik qüvvələrinə qarşı müxtəlif aksiyalarda iştirak edib, 2019-cu ildə İraqa keçib.
İraqın şimalında detonator və partlayıcı maddə istehsalı ilə məşğul olan terrorçu 2020-ci ildən etibarən təşkilat üzvlərinin istifadə etdiyi şifrli xəbərləşmə üsullarını inkişaf etdirib. Həmçinin haker bölməsi üzrə məsuliyyət də onun üzərində olub.
Gundemxeber.az
10-11-2021, 16:51
10-06-2020, 14:15
10-09-2015, 18:37
16-09-2019, 11:58
21-09-2015, 21:28
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?