PKK terror təşkilatının Kandil dağındakı rəhbərlərindən olan Murad Karayılanın ratsiya danışıqları üzə çıxıb. Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, bu danışıqlarda Karayılan polis və əsgərlərə hücum edilməsi, maşınların yandırılması kimi planlar qurulmasını əmr edib. “Camal” kod adlı Karayılan noyabrın 1-də keçiriləcək parlament seçkilərinin terror təşkilatı üçün önəmli olmadığını, hücumların və terror planlarının davam etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin məsafədən idarə edilməklə yeni terror planlarının hazırlanmasını və planların icrasına başlamağı tələb edib.
Sorğu
Yeni dizaynımız necədir?