Ukraynanın "Opora" Vətəndaş Şəbəkəsi Rusiyanın "Vityaz" xüsusi təyinatlılarının üç avtobusla Kiyev yaxınlığındakı Borispola gətirildiyi barədə xəbər yayıb.Ukrayna DİN bu xəbəri təkzib edib: "Bu xəbər söz-söhbətdən başqa bir şey deyil və qətiyyən doğru deyil. Məlumat üçün bildirək ki, Rusiya daxili qoşunlarının "Vityaz" xüsusi təyinatlıları silahlı qarşıdurma ilə müşayiət olunan kütləvi iğtişaşların qarşısını almaq vəzifəsini yerinə yetirir. Ukraynada müxalifətin aksiyaları ara vermir. Maydanda ümummilli tətil elan edilib. Müxalifətçilər Kiyev meriyasının binasına hücum edib. Bu gün Kiyevdə fövqəladə vəziyyət elan edilə bilər. Bu arada Ukraynada milislə aksiya iştirakçıları arasında baş verən qarşıdurmanın yeni görüntüləri yayılıb. Həmin videonu təqdim edirik.
Sorğu
Yeni dizaynımız necədir?