Gundemxeber.az » Dünya » Türkiyədə seçkilərlə bağlı dezinformasiyalara görə 5 nəfər saxlanılıb
İstanbul prokurorluğu bazar günü Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı dezinformasiyanın yayılması ilə bağlı aparılan istintaq çərçivəsində beş şübhəlinin həbsinə order verib.
Məlumata görə, onlar artıq saxlanılıblar.
“İstanbul Respublika Prokurorluğu ictimaiyyəti çaşdırmaq və ictimai asayişi pozmaq məqsədi ilə sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turu ilə bağlı təxribat xarakterli məlumatların yayılması ilə bağlı xidməti araşdırmaya başlayıb. Bu günə kimi işin istintaqı çərçivəsində beş şübhəlinin saxlanılması barədə qərar qəbul edilib”, - prokurorluğun bəyanatında bildirilib.
İstanbul polisindən verilən məlumata görə, ümumilikdə səsvermə rəvan və ciddi insidentsiz keçir. Yerli KİV bəzi seçki məntəqələrində seçicilər arasında mübahisələrin baş verdiyini yazır, lakin bu hal geniş yayılmayıb.
Qeyd edək ki, səsvermə yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00-da) başa çatacaq. Seçkilərin ilkin nəticələrinin bir neçə saat ərzində məlum olacağı gözlənilir.
Gundemxeber.az
11-06-2017, 12:24
5-11-2018, 12:51
8-05-2017, 19:56
7-05-2017, 20:55
28-11-2018, 21:58
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?