Gundemxeber.az » Dünya » Peskov PUA-nın Moskvaya hücumunu “qərar vermə mərkəzlərindən birinə” vurulan zərbələrə cavab adlandırıb.
Çərşənbə axşamı Moskvaya və Moskva vilayətinə pilotsuz təyyarə hücumu Kiyevin bazar günü rus ordusunun "qərar qəbuletmə mərkəzlərindən birinə" effektiv zərbələrinə cavabı olub, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Aydındır ki, söhbət Kiyev rejiminin qərar qəbuletmə mərkəzlərindən birinə bizim çox təsirli zərbələrimizə reaksiyasından gedir. Bu zərbə bazar günü baş tutub", - o, jurnalistlərə deyib.
Peskov bu hücumdan sonra rusların nəyə hazır olması sualını cavabsız qoyub və qeyd edib ki, o, artıq bu məsələ ilə bağlı hər şeyi deyib.
Kreml sözçüsü vurğulayıb ki, Moskvaya pilotsuz təyyarələrin hücumu, eləcə də Rusiyanın digər regionlarının atəşə tutulması Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyulan məqsədlərə nail olmaq zərurətini təsdiqləyir.
Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı iş gününə səhər tezdən başlayıb və dron hücumu ilə bağlı canlı məlumat alıb.
"Hamı düzgün işləyirdi. Yaxşı işləyirdilər. Hava hücumundan müdafiə sistemi də yaxşı işləyirdi", - o vurğulayıb.
O, həmçinin qeyd edib ki, hazırda Vladimir Putinin Moskvaya pilotsuz təyyarə hücumu ilə bağlı Rusiya Federasiyası vətəndaşlarına müraciət etmək fikri yoxdur, çünki hazırda paytaxt regionunun sakinləri üçün təhlükə yoxdur.
Tərcümə Gundemxeber.az
9-10-2020, 15:41
12-04-2018, 12:02
3-09-2018, 11:13
4-05-2023, 15:30
26-03-2016, 17:33
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?