Gundemxeber.az » Dünya » KİV: İran Rusiyaya dəyəri bir milyon dollardan çox olan sursat satıb
Mediada İranın Ukrayna ilə müharibə üçün Rusiyaya sursat satdığını sübut edən müqavilə yayılıb.
Sənədlər Britaniyanın təhlükəsizlik xidmətindəki məlumatlı mənbədən “Sky News”a təqdim olunub.
Bildirilir ki, bu, İranın Ukraynaya qarşı müharibə üçün Rusiyaya sursat satdığını göstərən ilk ciddi sübutdur.
14 sentyabr 2022-ci il tarixli 16 səhifəlik sənəd həqiqidirsə, burada ümumi dəyəri 1 milyon dollardan çox olan artilleriya və tank mərmiləri, eləcə də raket nümunələrindən danışılır.
Mənbə tərəfindən təqdim olunan sənədə “T-72” tankı və haubitsa üçün lülələr, eyni zamanda mərmilərin daxil olduğu iddia edilən müqavilənin beş səhifəsi əlavə edilib. Bu sövdələşmə təxminən 740 min dollar dəyərində olub.
“Sky News” sənədlərin həqiqiliyini müstəqil şəkildə yoxlaya bilməyib.
Bununla belə, Britaniyanın təhlükəsizlik xidmətindəki mənbə bunun İran və Rusiya arasında döyüş sursatı üçün müqavilə olduğunu əminliklə bildirib:
“Biz bunun 100% orijinal olduğuna inanırıq”, - deyə o bildirib.
Rusiya və İranın Böyük Britaniyadakı səfirlikləri sənədlərin həqiqiliyinə dair sorğuya cavab verməyiblər.
Sənədlər mayda Britaniyaya səfər edən Ukraynanın Baş naziri Denis Şmıqala və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstərilib.
Kiyev və London bildiriblər ki, onlar sənədlərin həqiqiliyini yoxlamaq, təsdiq olunacağı təqdirdə isə tədbirlər görmək niyyətindədirlər.
Gundemxeber.az
14-12-2022, 14:43
9-01-2023, 18:09
6-05-2016, 12:26
10-05-2016, 22:33
1-07-2016, 19:47
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?