Onlar qalan əmlaklarını sataraq pulları Rusiyaya köçürürlər.
Özəl transfertlər statistikasında çox maraqlı tendensiyalar müşahidə edilir. Ermənistandan xarici ölkələrə özəl qeyri-kommersiya köçürmələrinin həcmində kəskin artım var.
Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır.
Qəzet yazır ki, cari ilin ilk aylarında Ermənistandan xaricə 88 milyon dollardan çox vəsait köçürülüb, keçən il bu məbləğ 79 milyon dollardan ibarət olub.
“Bu artımın Rusiyaya köçürülən vəsaitin hesabına olduğu qeyd edilib. Əgər keçən ilin ilk üç ayında Rusiyaya 28,6 milyon dollar köçürülübsə, cari ilin analoji dövründə bu göstərici 42,2 milyon dollardan ibarət olub, başqa sözlə, 50% artıb.
Bəzi müşahidələrə görə, bu qəbildən olan artımın əsas səbəbi əvvəllər Rusiyaya pul qazanmaq üçün gedən həmvətənlərimizin artıq ailələrini də ora köçürüblər və indi onlar qalan əmlakını sataraq mütəmadi olaraq pullarını ora köçürürlər.
Ermənistana köçürmə axınına gəldikdə isə, onlar azalmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, cari ilin birinci rübündə daxil olan vəsait 45,3 milyon dollardır, bu göstərici keçən ilki göstəricidən 10% azdır”, - qəzet yazır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?