Gundemxeber.az » Dünya » ABŞ UNESCO-ya qayıdır
ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) üzvlüyünü bərpa etmək istəyi barədə quruma müraciət edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Vaşinqton öz niyyətləri barədə təşkilata ötən həftə məlumat verib. ABŞ dövlət katibinin müavini Riçard Verma UNESCO-nun baş direktoru Odri Azuleyə məktub göndərib. Bildirilib ki, Vaşinqton quruma olan borclarını ödəyərək onun İcraiyyə Şurasına qayıtmağı planlaşdırır.
Qeyd olunur ki, bu yolla ABŞ prezidenti Cozef Bayden Çinin UNESCO-ya təsirinin artmasını əngəlləməyə çalışır.
İyunun 12-də UNESCO-ya daxil olan bütün ölkələrin nümayəndələrinin görüşü keçiriləcək və orada ABŞ-nin qayıdış planı müzakirə olunacaq.
Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildən bəri UNESCO-ya üzvlük haqqı ödəmir.
Gundemxeber.az
6-06-2018, 21:39
13-10-2017, 16:30
2-12-2015, 15:35
20-12-2012, 13:23
20-05-2021, 21:40
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?