Gundemxeber.az » Dünya » Ukrayna Milli Müqavimət Mərkəzi: “Rusiyalı hərbçilər su basmış Xerson kəndlərini talayırlar”
Ukraynanın Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində rusiyalı hərbçilər Kaxovka Su Elektrik Stansiyasının partlamasından sonra sular altında qalan və suların çəkilməyə başladığı kəndləri talayırlar.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.
Məlumata görə, rusiyalı hərbçilər kənd və şəhərlərə girişləri bağlayır, evlərdən qiymətli olan hər şeyi çıxarırlar.
“Hazırda suyun əksər hissəsi çəkilməyə başlayıb və yerli sakinlər evlərinə qayıtmaq istəyirlər. Lakin rusiyalılar bu kənd və şəhərlərə girişi bağlayıblar və aktiv şəkildə evləri talayırlar. Xüsusilə belə hal Skadovski rayonunun Bolşaya Kardaşinka kəndində müşahidə olunur. Rusiyalılar hətta insanların olduqları evləri talayırlar”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, Qolıy Pristani şəhərində rusiyalılar, hətta yerli məktəbdə insanların qarşısını kəsərək onların pasportlarını götürüblər və evə buraxmayıblar.
Gundemxeber.az
18-12-2017, 20:16
19-07-2018, 14:34
2-03-2022, 12:18
30-11-2018, 12:51
6-01-2015, 10:49
Sorğu
Yeni dizaynımız necədir?