Gundemxeber.az » Dünya » Ermənistanda keçmiş nazir həbs olunub
Hüquq-mühafizə orqanları cümə axşamı Ermənistan Respublika Partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanı saxlayıb.
Xəbəri onun partiyadan həmkarı, keçmiş vitse-spiker Eduard Şarmazanov təsdiqləyib.
Aşotyan İstintaq Komitəsinə aparılıb.
Saxlanmanın səbəbləri barədə məlumat verilmir. Polis hələlik vəziyyəti şərh etməyib. Ehtimal ki, söhbət ötən ilin sonunda siyasətçiyə qarşı irəli sürülən ittihamdan gedir.
Aşotyan və İrəvan Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyan universitetə məxsus təxminən 100 min ABŞ dolları məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.
GUNDEMXEBER.AZ
29-08-2019, 16:43
22-10-2019, 14:17
21-12-2014, 00:18
20-01-2020, 15:32
3-02-2016, 20:07
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?