Ermənistanın keçmiş Maliyyə naziri Qaqik Xaçatryan həbs edilib.
Bu barədə Ermənistan dövlət təhlükəsizlik orqanları məlumat yayıb.
Xatırladaq ki, o, külli miqdarda korrupsiyada və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Onu da xatırladaq ki, Xaçatryan 2008-2018-ci illərdə Serj Sarkisyan iqtidarının əsas fiqurlarından biri olub. Belə ki, o, Maliyyə naziri vəzifəsindən əlavə, Dövlət Gəlirləri Komitəsinin rəhbəri kimi də fəaliyyət göstərib./Virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?