Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Yarışın ikinci günündə Azərbaycanın 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.
73 kq çəkidə Telman Vəliyev 1/16 finalda Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.
81 kq çəki dərəcəsində yarışan Zelim Tçkayevin ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Eyni çəkidə Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşlər də 1/16 final çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?