Kupyansk-Svatovo xəttində Ukrayna və Rusiya qoşunları mövqe döyüşlərini davam etdirirlər.
Gundemxeber.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir. Məlumatda qeyd olunur ki, Kupyansk istiqamətində mövqe döyüşləri davam edir, lakin ruslar şəhəri yarıb keçə bilmirlər.
Həmçinin, Ukrayna qoşunları Kremennaya bölgəsində əks-hücum əməliyyatlarını davam etdirib. İcmalda Rusiya hərbi müxbirlərinin məlumatlarına istinad edilərək bildirilir ki, Rusiya Federasiyasının Mərkəzi Qüvvələr Qrupunun bölmələri Kremennaya bölgəsində bir neçə rayonda hücum əməliyyatları keçirir və Ukraynanın əks-hücumlarını dəf edir.
Bundan əlavə, ISW analitikləri rusların Luqansk vilayətində naməlum hərbi infrastruktur qurduğunu bildiriblər. "İyunun 20-də yayımlanan peyk görüntüləri işğal altındakı Xrustalnı şəhərinin cənub-şərqindəki "LNR” adlanan ərazidə naməlum hərbi infrastrukturun tikintisini göstərir”, deyə ekspertlər bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?