Gundemxeber.az » Dünya » Robert Köçəryan və Serj Sərkisyan niyə azadlıqdadır?.. - Nazir aydınlıq gətirdi...
Ermənistan ədliyyə naziri Qriqor Minasyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə hakimiyyətdə olarkən etdikləri cinayətlərə rəğmən Robert Köçəryan və Serj Sərkisyanın niyə azadlıqda olması barədə sualı cavablandırıb.
GUNDEMXEBER.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Aykakan Jamanak” məlumat yayıb.
“İnanıram ki, bizdə nə vaxt dövlət qulluqçusu olmağından asılı olmayaraq, həmçinin kimin komandasında olmağından asılı olmayaraq, hər kəs cinayət törədibsə, öz cəzasını alacaq. Yaxşısı odur ki, hüquq-mühafizə sistemi daha peşəkarlaşır və boşluqlar vasitəsilə məsuliyyətdən yayınmaq daha da çətinləşir”.
Minasyan bildirib ki, adı çəkilən eks-prezidentlərin cinayət işini aparan prokurorlar öz ərizələrinə əsasən bir-birinin ardınca işdən çıxarılıb və bu, şübhəli görünür. “Bu, mənim üçün heç də şübhəli deyil. Sistemdə islahatlar həyata keçirilir və təbii ki, yeni metodologiyaya uyğunlaşmayan, gedənlər də olacaq. Strateji hədəflərinizə çatmaq istəyəndə komandanızla bağlı qərarlar qəbul edirsiniz, uyğunlaşmasanız, başqa işə keçə bilərsiniz”.
Onun sözlərinə görə, hansı hökumətin üzvü olmasından, kimin dostu olmasından, istisnasız hər bir şəxs öz cəzasını alacaq və məsuliyyət daşıyacaq.
GUNDEMXEBER.AZ
29-09-2020, 14:48
6-04-2014, 13:57
28-07-2018, 13:49
2-05-2018, 09:30
24-08-2018, 10:55
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?