GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Avropa Şurasının irqçiliklə mübarizə orqanı Azərbaycanı nifrət nitqinin qarşısını almağa və qanunvericiliyi təkmilləşdirməyə çağırır

Avropa Şurasının irqçiliklə mübarizə orqanı Azərbaycanı nifrət nitqinin qarşısını almağa və qanunvericiliyi təkmilləşdirməyə çağırır

Tarix: 24-06-2023, 13:21 Bölmə :Dünya Baxış: 260

Gundemxeber.az bildirir ki, Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI-European Commission against Racism and Intolerance) Azərbaycanla bağlı son hesabatında hökuməti nifrət nitqinin və ayrı-seçkiliyin qarşısını almağa və bu sahədə qanunvericiliyi təkmilləşdirməyə çağırıb.

ECRI iyunun 21-i dərc etdiyi hesabatında Azərbaycanın insan hüquqları mövzularını kurikuluma salmasını, habelə miqrantların inteqrasiyası sahələrində əldə etdiyi müsbət irəliləyişləri alqışlasa da, bu sahədə əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Hesabatda nifrət nitqinin yayılması, o cümlədən Ermənistana qarşı davamlı düşmənçilik dilinin, ictimai bəyanatlarda və media platformalarında qızışdırıcı ritorikanın yayılması ilə bağlı ciddi narahatlıq ifadə edilib. ECRI həmçinin LGBTI icmasına qarşı nifrət motivli zorakılığa səbəb olan bəyanatlardan narahatlıq ifadə edib.

Komissiya Azərbaycan hakimiyyətini cinsi oriyentasiya, gender kimliyi və cinsi xüsusiyyətləri də əhatə edən ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericilik qəbul etməyə çağırıb. Avropa Şurası Parlament Assambleyası da ötən ilin yanvarında qəbul etdiyi qətnaməsində Azərbaycanı hərtərəfli anti-diskriminasiya qanunu qəbul etməyə çağırıb. Sözügedən qətnamə layihəsi və hesabatın müəllifi, hazırda AŞPA-nın LGBTI şəxslərin hüquqları üzrə baş məruzəçisi Kristof Lakrua Azərbaycanda bu sahədə heç bir müsbət addımın atılmadığını deyib.

Kristof Lakrua, AŞPA-nın LGBTI şəxslərin hüquqları üzrə baş məruzəçisi

Kristof Lakrua, AŞPA-nın LGBTI şəxslərin hüquqları üzrə baş məruzəçisi

“Təəssüf ki, hansısa ciddi, müsbət dəyişikliyin olduğunu görmürük. Əksinə, biz həm də jurnalist olan LGBTI fəalının qəddarlıqla öldürüldüyünü, cinsiyyət orqanın kəsildiyini gördük. Cinayəti törədən şəxs səhv etmirəmsə 9.5 il həbsə məhkum edildi. Ancaq nifrət motivi, onun LGBTI fərdi olduğu üçün öldürülməsi məhkəmə tərəfindən nəzərə alınmadı. Bu, təəssüfləndiricidir. Çünki mən hesabatımda bunun ağırlaşdırıcı hal kimi nəzərə alınmasını tövsiyə etmişdim”, belçikalı deputat qeyd edib.

Kristof Lakrua həmçinin Azərbaycan hakimiyyəti ilə bu məsələdə dialoq qurmağın mümkün olmamasından məyusluğunu ifadə edib.

“Mən o vaxt hesabatı hazırlayarkən Gürcüstan və Ermənistan hakimiyyəti ilə təmas qura bildim. Ancaq Azərbaycan hökuməti, nə də AŞPA-dakı nümayəndə heyəti məni qəbul etmək istəmədi. Mən müzakirə aparmaq üçün Azərbaycana gedə bilmədim. Onlar dialoqdan qaçırlar. Onlar elə davranırlar ki, guya Azərbaycanda LGBTI yoxdur və bu, Qərbin uydurmasıdır. Ancaq bu qətiyyən belə deyil və əgər biz dialoqa başlaya bilsək, mərhələ-mərhələ məsələnin həllinə çalışa bilərik”, AŞPA məruzəçisi əlavə edib.

Nifrət nitqi ilə effektiv mübarizə aparmaq üçün ECRI Azərbaycan hakimiyyətini hərtərəfli strategiya hazırlamağa, institutlararası işçi qrupunu yaratmağa çağırıb. Bundan əlavə, hesabatda nifrət cinayətləri ilə bağlı məlumatların toplanmaması və nifrət nitqinə toxunan məhdud hüquqi baza qeyd olunub. ECRI səlahiyyətli qurumları hərtərəfli məlumat toplama sistemi tətbiq etməyə və məlumatları ictimaiyyətə bölüşməyə çağırıb.

Sənəddə 2016-cı ildə tərtib olunmuş hesabatdan ötən müddət ərzində Azərbaycanda müvafiq sahələrdə müsbət irəlilləyişlərin olması da vurğulanıb. Hesabatda inklüziv təhsil sahəsində insan hüquqları mövzularının 2020-ci ildən etibarən kurikuluma daxil edildiyi, internet məkanında irqçi nifrət nitqinin qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər olunduğu qeyd olunub.

Rəsmi orqanlar tərəfindən miqrantların hüquqi statusu ilə bağlı aparılan işlər sayəsində 2021-ci ildə qeyri-leqal statusa malik şəxslərin sayında 10% azalma müşahidə olunduğu, miqrantların dövlət xidmətlərinə çıxışının asanlaşdırıldığı, miqrantlara iş və yaşayış icazələrinin verilməsinin sürətləndirildiyi bildirilib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Şurasının komissiyası: Azərbaycan öhdəliklərini yerinə yetirməyib

    Avropa Şurasının komissiyası: Azərbaycan ...

    13-06-2019, 16:37

  • 
  • Rəsmi Bakıdan Ermənistana MESAJ

    Rəsmi Bakıdan Ermənistana MESAJ ...

    10-06-2020, 15:44

  • 
  • Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi nifrət təbliğatı aparır”

    Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi nifrət ...

    7-07-2017, 12:10

  • 
  • “Bakı azadlıqların məhdudlaşdırılmasına son qoymalıdır”

    “Bakı azadlıqların məhdudlaşdırılmasına son ...

    6-08-2013, 15:53

  • 
  • Avropa Şurasının komissarı Emin Hüseynovun işi üzrə Avropa Məhkəməsinə iradlarını təqdim edib

    Avropa Şurasının komissarı Emin Hüseynovun işi ...

    4-10-2018, 15:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu