“Müasir beynəlxalq humanitar hüququn və insan hüququnun başlıca prinsiplərindən biri də ksenofobiya və cəmiyyətdə nifrət aşılanmasının kənara qoyulmasıdır”.
Gündəm Xəbər-in APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O, təəssüflə bildirib ki, Alxanlıda baş vermiş hadisədən sonra Ermənistan ictimaiyyəti və dövləti tərəfindən üzr istənilməsi və bu kimi halların qınanılması əvəzinə, nifrət dolu ifadələr istifadə olunmaqdadır: “Bu da Ermənistan cəmiyyətində hərbi-siyasi rəhbərliyin uzun illər apardığı nifrət ideologiyasının tərkib hissəsidir. Ermənistanda “Nemezis” hərəkatı, Melkonyan, Qaregin Njde kimi şəxslər bu ölkənin milli qəhrəmanı elan olunur və Azərbaycana, qonşu dövlətlərə münasibətdə nifrət aşılanır ki, bu da cəmiyyətdə ksenofobiyanın bariz sübutudur. Azərbaycanın Cenevrədə BMT institutları yanındakı nümayəndəliyi tərəfindən və BMT-nin İnsan Hüquqları Şurası və digər aidiyyəti təşkilatlarında Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması halları ilə bərabər məhz bu nifrət təbliğatının kök salması kimi məsələlər də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?