GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Vaqner” qiyamı: Ukrayna müharibəsinin taleyi Rostovda həll oluna bilər - ŞƏRH

“Vaqner” qiyamı: Ukrayna müharibəsinin taleyi Rostovda həll oluna bilər - ŞƏRH

Tarix: 24-06-2023, 22:48 Bölmə :Dünya Baxış: 256


Rusiyada ehtimal olunan hadisə baş verdi. Bir çox təhlilçilər gec-tez bu ölkədə generalların üsyan, qiyam edəcəyini deyirdilər. Çünki Ukraynadakı müharibədən daha çox əziyyət çəkən məhz hərbçilərdir.

“Vaqner” Xüsusi Hərbi Şirkəti döyüş qabiliyyəti və üzləşdiyi problemlərlə Rusiya hərbçilərinin güzgüsünə çevrilib. Son zamanlar bu muzdlu qruplaşma ilə Rusiyanın rəsmi hərbi qurumları və rəhbərliyi arasında narazılıq artırdı.

Şirkətin rəhbəri Yevgeni Priqojinin çıxışları da bunu təsdiqləyir. O, hələ ötən həftə “Vaqner”çilərin Ukraynadakı mövqelərini Rusiya hərbçilərinin bombalayacağını və nəticədə onların “fərari” adlandırılacağını bildirmişdi.

Y.Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyini onları silah-sursat və hərbi texnika ilə təchiz etməməkdə günahlandırırdı. O, bu açıqlamasından bir neçə gün sonra bildirmişdi ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargahın rəisi, ordu generalı Valeri Gerasimov ölkə Prezidenti Vladimir Putinə Ukraynadakı döyüşlərlə bağlı yalan informasiya verir

Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda Ukraynada döyüşlərə cəlb olunan könüllü birləşmələrlə müqavilə imzalamaq barədə qərar qəbul edib. Sənədə əsasən, Rusiyanın bütün könüllü dəstələri iyulun 1-dək nazirliklə müqavilə imzalamalıdır. Y.Priqojin bunun ardınca “Vaqner”çilərin Ukraynada döyüşməsinə, vətənpərvərlik nümayiş etdirməsinə heç kimin mane ola bilməyəcəyini, onun əməkdaşlarının müqaviləni imzalamayacaqlarını açıqlamışdı.

Şirkət rəhbərinin əvvəllər də hərbi rəhbərliyə qarşı ittihamlarla dolu çoxsaylı çıxışları da olub.

Ötən gün Y.Priqojin Rusiya qoşunlarının “Vaqner”in düşərgələrinə raket zərbələri endirdiyini bildirərək hadisədə Müdafiə Nazirliyinin rəhbərliyini ittiham edib. O, bu hücum nəticəsində çoxlu sayda döyüşçülərinin öldüyü barədə açıqlama yayıb.

Bütün bunların fonunda Y.Priqojin və döyüşçüləri Ukraynanı tərk edərək iyunun 19-dan 20-nə keçən gecə Rostov-Don şəhərini mühasirəyə alaraq inzibati binaların çoxuna nəzarəti ələ keçirib

Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində hadisəni “xəyanət” adlandıraraq, hakimiyyətin parçalanmasına imkan verməyəcəklərini vurğulayıb. O, “Vaqner”çiləri kriminal fəaliyyətlərini dayandırmağa çağırıb, silahlı qiyama sürüklənənlərə ölümcül səhvə yol verməmək barədə xəbərdarlıq edib.

Rusiya Baş Prokurorluğu bəyan edib ki, Y.Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları “yalan məlumat” adlandırıb.

Nazirlik “Vaqner” döyüşçülərini silahı yerə qoymağa və təslim olmağa çağırıb.

“Priqojin qiyam”ı sıradan bir hadisə deyil. Ukraynada döyüşə görə 240000 rubl, yaxud 2900 dollara yaxın aylıq əmək haqqı alan “Vaqner”çilər bu hərəkətləri ilə müharibənin gedişinə, hətta nəticəsinə belə ciddi təsir göstərə bilərlər.

Y.Priqojin bu ilin aprelində müharibəni dayandırmağı təklif etmişdi. “Vaqner”in qurucusu bildirmişdi ki, ideal seçim xüsusi hərbi əməliyyatın bitdiyini elan etməkdir. O, V.Putinin əhatəsində hərbi əməliyyatları dayandırmağı təklif edən ilk şəxsdir: “Hakimiyyət və bütövlükdə cəmiyyət üçün bu gün xüsusi hərbi əməliyyata yağlı nöqtə qoymaq lazımdır. İdeal seçim xüsusi hərbi əməliyyatın başa çatdığını elan etmək, hər kəsə Rusiyanın planlaşdırdığı nəticələri əldə etdiyini və müəyyən mənada, onlara həqiqətən nail olduğumuzu bildirməkdir”.

Kremlin sözçüsü Dmitri Peskov müntəzəm olaraq bildirir ki, Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyat Rusiya öz məqsədlərinə çatana qədər davam edəcək. “Priqojin qiyamı” Ukrayna ilə bağlı bir çox hadisələrə də təkan verə bilər. Bu, Rusiyada müharibəyə qarşı olan vətəndaş cəmiyyətinə dəstəyi gücləndirər. Bu, Rusiyada vətəndaş müharibəsi, itaətsizliyə, kütləvi etiraz aksiyasına, hakimiyyət dəyişikliyinə, yeni konstitusiyanın və bir neçə hadisənin yaranmasına qədər davam edə bilər.

Hadisənin qarşısı qısa müddətə alınmazsa, bunun Rusiya hakimiyyətinin gələcəyini şübhə altına salması da mümkündür.


Sədrəddin İsmayılov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Vaqner" Baxmut bələdiyyə binasına "Rusiya bayrağı asıb", Ukrayna isə “şəhər bizim nəzarətimizdədir” deyir

    "Vaqner" Baxmut bələdiyyə binasına ...

    4-04-2023, 23:27

  • 
  • Şiddətli döyüşlər zamanı Soledarın taleyi bəlli deyil - FOTO

    Şiddətli döyüşlər zamanı Soledarın taleyi bəlli ...

    11-01-2023, 14:59

  • 
  • Rusiyanın müdafiə naziri Azərbaycana gəlir

    Rusiyanın müdafiə naziri Azərbaycana gəlir ...

    14-08-2016, 17:17

  • 
  • Türkiyə və Rusiyanın müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə edib

    Türkiyə və Rusiyanın müdafiə nazirləri Suriyadakı ...

    20-11-2018, 15:11

  • 
  • Bloomberg: Priqojin Vaqner-in Ukraynadakı əməliyyatlarını bitirə bilər

    Bloomberg: Priqojin Vaqner-in Ukraynadakı ...

    24-03-2023, 16:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu