Gundemxeber.az » Dünya » ABŞ institutu: "Putin “Vaqner”in qiyamına necə cavab verəcəyini hələ də müəyyənləşdirməyib”
“Rusiya Prezidenti Vladimir Putin “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamına necə cavab verəcəyini hələ də bilmir”.
Gundemxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Amerikalı analitiklərin fikrincə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan razılıq “Vaqner”in müstəqilliyinə son qoyacaq:
“Çox güman, Putin “Vaqner”i Kremlin nəzarəti altına salmaq istəyir. Amma bunu necə edəcəyini hələ bilmir”.
İnstitutun son hesabatında Ukraynadakı əməliyyatlara rəhbərlik edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikinlə bağlı yaranmış duruma da toxunulub. Qeyd olunub ki, onunla bağlı müəmma və fərziyyələr getdikcə artır: “Çünki Kreml sözçüsü Dmitri Peskov genaral haqqında açıqlama verməkdən imtina edib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov da çoxdandır görünmür. Ola bilsin, Kreml artıq onu əvəz edib və ya bu barədə düşünür”.
Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
Gundemxeber.az
26-09-2017, 19:40
25-06-2023, 10:17
19-04-2018, 16:29
27-10-2017, 12:08
14-11-2016, 18:51
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?