Gundemxeber.az » Dünya » Avropa İttifaqı İrana Rusiya ilə hərbi əməkdaşlığına görə xəbərdarlıq edib
Avropa diplomatiyasının rəhbəri Josep Borrel İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla danışıqlar zamanı İranın Rusiya ilə hərbi əməkdaşlığını qəbuledilməz adlandırıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, o, Əmir-Abdullahian ilə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə dialoqun davam etdirilməsinin vacibliyini müzakirə edib və nüvə proqramı üzrə gərginliyin azaldılmasının və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın əsas rolundan danışıb.
“Rusiya ilə hərbi əməkdaşlıq qəbuledilməzdir, İrandakı iğtişaşlar zamanı saxlanılan Aİ vətəndaşları azad olunmalı və insan haqlarına riayət edilməlidir ”, - deyə Borrel bildirib.
Avropa diplomatiyasının rəhbəri iranlı nazirlə söhbətində Quranın yandırılması ilə bağlı hərəkətlərə Aİ-nin mövqeyini də açıqlayıb. O, bunu pisləyərək deyib ki, Quranı təhqir etmək Aİ-nin mövqeyi deyil.
Gundemxeber.az
6-10-2021, 15:49
22-12-2021, 10:38
12-02-2021, 13:03
9-03-2014, 14:10
11-02-2020, 11:30
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?