ABŞ Dövlət Departamenti və Ağ Ev bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyası Ukrayna ilə bağlı Lavrovla qeyri-rəsmi danışıqlara icazə verməyib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi CBS News-a müsahibəsində deyib:
"Bayden administrasiyası bu danışıqlara sanksiya qoymayıb. Dəfələrlə dediyimiz kimi, Ukrayna ilə bağlı Ukraynasız heç nə ola bilməz".
Nəşrin yazdığına görə, Dövlət Departamentinin nümayəndəsi administrasiyanın (Bayden - red.) siyasətini nəzərdə tutub
Onun sözlərinə görə, administrasiya Kiyevi silahla təmin etməyə davam edəcək ki, Ukrayna rəsmiləri "vaxtının çatdığını hiss etdikdə güclü mövqedən danışıqlar apara bilsinlər”.
Kirbi qeyd edib ki, Ağ Ev qeyri-rəsmi danışıqlardan xəbərdardır.
"Ancaq mən açıq şəkildə bildirmək istəyirəm ki, bu danışıqlar bizim tərəfimizdən təşviq edilməyib və biz onları heç bir şəkildə dəstəkləməmişik", - Kirbi deyib.
Xatırladaq ki, ABŞ-ın bir qrup keçmiş yüksək vəzifəli milli təhlükəsizlik rəsmilərinin Ukraynada müharibəyə son qoymaq üçün gələcək danışıqların əsasını qoymaq məqsədilə Kremlə yaxın tanınmış rusiyalılar və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla gizli danışıqlar apardığı mediaya məlum olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?