GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Azərbaycandakı dini konfessiya rəhbərləri İsveçdə Quranın yandırılmasını pislədilər - BƏYANAT

Azərbaycandakı dini konfessiya rəhbərləri İsveçdə Quranın yandırılmasını pislədilər - BƏYANAT

Tarix: 8-07-2023, 00:39 Bölmə :Dünya Baxış: 332

Azərbaycandakı dini konfessiya rəhbərləri İsveçdə Qurani-Kəriminin yandırılmasını pisləyən birgə bəyanat yayıblar.

Bəyanatda deyilir:

“O bir olan Yaradanın adı ilə!

Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudi, katolik və alban-udi konfessiyalarının rəhbərləri iyunun 28-də İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında polisin himayəsi ilə müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin həqarət olunaraq yandırılması aksiyasını islamofobiya təxribatı və vəhşi vandalizm aktı kimi qiymətləndirir və bu iyrənc hadisəni qətiyyətlə pisləyirik.

Qeyd etməliyik ki, İslam Peyğəmbərinin karikaturalarla təhqir olunması və bu əməllərin dövlət başçısı tərəfindən açıq surətdə dəstəklənməsi kimi görünməmiş islamofobiya təzahürləri özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransadan başlayıb.

Müstəmləkəçilik ideyalarının pərəstişkarı olan Fransa bu gün də öz islamofobiya xislətinə sadiq qalaraq Azərbaycanda aqressiv separatizmi dəstəkləyir, bölgədə sülhə nail olunmasına maneə yaradır. Məhz Fransanın çirkin nümunəsindən ruhlanan bir sıra əqidəsiz şəxslərin hərəkətləri - Stokholm şəhərində İsveçin hökumət qurumlarının icazəsi və himayəsi altında ultra-sağ “Sərt xətt” partiyasının başçısı, habelə Niderlandda demokratiya və ifadə azadlığı şüarları altında İslam dininə, onun Peyğəmbərinə, müqəddəs Qurana, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayət kimi inanclı insanlar tərəfindən qınanıb.

Cari ilin 5 iyul tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri səsləndirib:

“Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu utancverici və iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.

Biz bu fikirləri, həmçinin Qoşulmama hərəkatının qəbul etdiyi qərar və qətnamələri dəstəkləyirik. Eyni zamanda, Roma Papası Fransisk və Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 4 fevral 2019-cu il tarixində Abu-Dabidə imzalanmış “İnsani Qardaşlıq, Dünyada Sülh və Birgə Yaşayış” Birgə Sənədini alqışlayır, BMT Təhlükəsizlik Şurasının iyunun 14-də xüsusilə islamofobiya səbəb olan ayrı-seçkilik, dözümsüzlük və ekstremizm halları ilə bağlı dərin narahatlıq ifadə olunan 2686 saylı qətnaməni təqdir edirik.

Bəyan edirik ki, artıq dəfələrlə törədilən və bu gün də törədilməkdə olan bu kimi alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, insanlar və dinlər arasında nifrəti qızışdırmaq, dolayısı ilə terroru təşviq etməkdir. Belə halların İsveçdə mütəmadi səciyyə daşıması, bu ölkədə yaşayan inanclı müsəlmanların hüquqlarının kobud şəkildə pozulması iki milyarda yaxın bütün dünya müsəlmanlarının heysiyyatına toxunulması deməkdir. Buna görə də İsveç Krallığı hökumətinə müraciət edərək iyunun 28-də baş verən hadisənin törədilməsində günahkar olaraq məsuliyyət daşıdığını qəbul etməyə, dini dəyərlərin və atributların təhqir edilməsinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün əməli addımlar atmağa çağırırıq.

Bizi narahat edən məqam ondan ibarətdir ki, son günlər kütləvi informasiya vasitələrində Qurani-Kərimin, o cümlədən Tövratın və İncilin yandırılmasına yönəlmiş yeni vandalizm aktlarının həyata keçirilməsi cəhdləri haqqında xəbərlər yayılır. Dini zəmində qarşıdurmaya təşviq edən belə çağırışlar, təcavüz və zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir. Dünya ictimaiyyəti və bütün dini konfessiyalar dindarların hüquqlarının bu cür biabırçı şəkildə pozulmasına qarşı birgə fəaliyyət göstərməyə borcludur.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri olaraq dünyanın dövlət, ictimaiyyət xadimlərini, beynəlxalq təşkilatları və din xadimlərini və qurumlarını törədilən əməli qətiyyətlə qınamağa və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə hörmət etməyə və təhqir hallarının baş verməməsi üçün daha ciddi səy göstərməyə çağırırıq. Bu məqsədlə BMT səviyyəsində dinlərin müqəddəs şəxslərinə, rəmzlərinə, atributlarına və məkanlarına qarşı vandalizm hallarını və nifrət nitqlərini qətiyyətlə pisləyən qətnamənin qəbul edilməsini, dünya dövlətlərinin öz qanunvericiliyində bu kimi əməllərə yol verilməməsi haqqında müvafiq müddəaların əks etdirilməsini məqsədəuyğun sayırıq.

İstər Qurani-Kərimin, istər Tövrat və İncilin və ya hər hansı digər dini kitabların və atributların aşağılanması və təhqir olunması insanlar arasında nifaq və qarşıdurma yaradan cinayətdir. Xüsusilə kilsədə, məsciddə, sinaqoqda və digər dini məkanlarda törədilən hər hansı zorakılıq aktları - bütün dünya dinlərinə qarşı yönəldilən cinayət tərkibli təcavüzdür.

Bir daha vurğulamaq istəyirik ki, söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək üçün olmalıdır. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur. Biz dünyanın dövlət və ictimaiyyət xadimlərini, beynəlxalq və dini təşkilatları səsimizə səs verməyə çağırırıq.

Uca Yaradan dünyamızı insanlığa bəla gətirən əməllərdən və nadanların şərindən qorusun! Amin!

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Yepiskop Vladimir Fekete
Azərbaycanda Katolik Kilsəsinin
prefekturasının prefekti

Arximandrit Aleksiy
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının katibi

Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili
Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri”.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar

    Azərbaycanın din xadimləri Prezidentə müraciət ...

    17-09-2018, 10:38

  • 
  • Şeyx Quranın azərbaycanca oxunmasına münasibət bildirdi

    Şeyx Quranın azərbaycanca oxunmasına münasibət ...

    5-02-2014, 10:58

  • 
  • Prezident İlham Əliyevin iştirakı ilə “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilir

    Prezident İlham Əliyevin iştirakı ilə “2017-İslam ...

    21-12-2017, 10:44

  • 
  • İlham Əliyev beynəlxalq konfransda

    İlham Əliyev beynəlxalq konfransda ...

    21-12-2017, 11:15

  • 
  • Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyib

    Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in ...

    23-01-2023, 16:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu