"Ukrayna hakimiyyəti Vilnüsdə keçiriləcək sammitdə ölkənin NATO-ya üzv olmağa dəvət olunmayacağını əvvəlcədən bilirdi”.
Gundemxeber.az xəbər verir ki, bunu telemarafonun efirində ölkə prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Biz bilirdik ki, NATO yalnız ilk addımları atacaq: uzunmüddətli proqram və Üzvlük Fəaliyyət Planından (MAP) imtina", - o vurğulayıb.
İyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçirilir. Ukraynaya hərbi yardımı artırmaq qərarı ilə yanaşı, onun bloka daxil olmasının və Ukrayna-NATO Şurasının yaradılmasının daha asan olacağı da açıqlanıb. Alyansın baş katibi Yens Stoltenberq deyib ki, dəvət "bütün şərtlər yerinə yetirildikdə olunacaq”.
Sorğu
Yeni dizaynımız necədir?