Gundemxeber.az » Dünya » “ABŞ hökuməti “F-16”ların qarşılığında Türkiyəyə şərt qoyulmayacağına zəmanət vermir”
“ABŞ hökuməti Konqres üzvlərinin “F-16” qırıcılarının Türkiyəyə təhvil verilməsini təsdiqləmək üçün Ankaranı müəyyən şərtləri yerinə yetirməyə məcbur etməyəcəyinə zəmanət vermir”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “Türkiyəyə “F-16”ların satışının heç bir şərt olmadan həyata keçiriləcəyinə ABŞ Dövlət Departamenti zəmanət verə bilərmi” sualını cavablandırarkən bildirib.
“Mən bunu edə bilmərəm. Çünki Konqres üzvlərinin adından danışa bilmərəm. Türkiyəyə “F-16” satışını dəstəklədiyimizi və bu istiqamətdə irəliləmək niyyətində olduğumuzu deyə bilərəm. Lakin satış çərçivəsində mühüm aspekt var. Bu, Konqres tərəfindən təsdiqlənməlidir”, - deyə M.Miller vurğulayıb.
Departamentin sözçüsü əlavə edib ki, ABŞ tərəfi sövdələşmədə maraqlıdır və dövlət katibi Antoni Blinken Ankara ilə dəfələrlə döyüş təyyarələrinin satışını müzakirə edib.
Gundemxeber.az
3-01-2019, 15:51
16-10-2019, 11:55
17-10-2019, 15:54
5-01-2015, 01:45
17-07-2019, 12:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?