“Moskva Bakı ilə İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir”.
Bu sözləri News.ru-ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiyalı diplomat əlavə edib ki, Brüsseldə gözlənilən görüşün hansı nəticələr verəcəyini indidən söyləmək doğru olmaz.
“Biz davamlı sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Ona görə də görüşün nəticələrinə əsasən nəticə çıxarmaq lazımdır”, - M.Zaxarova bildirib.
Xatırladaq ki, iyunun 1-də Kişineuda danışıqlardan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli formatda növbəti görüşün iyulun 21-də Brüsseldə baş tutacağını bəyan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?