Gundemxeber.az » Dünya » Bayden üçüncü dünya müharibəsinin başlamasından danışdı
ABŞ Prezidenti Co Bayden hesab edir ki, Ukraynada hərbi əməliyyatlar illərlə davam etməyəcək.
Onun fikrincə, bu ölkənin öz ərazisində gedən döyüşlər zamanı Şimali Atlantika Alyansına daxil olması üçüncü dünya müharibəsinin başlaması demək olardı.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ prezidenti Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib.
“Müharibə davam edərkən heç kim NATO-ya daxil ola bilməz. Çünki bu, müharibə vəziyyətinə, üçüncü dünya müharibəsinə zəmanət verir”, - Vaşinqton administrasiyasının rəhbəri bildirib.
Qeyd edək ki, London və Vilnüsdən sonra Finlandiya paytaxtı ABŞ liderinin Avropa turnesinin son dayanacağıdır.
Gundemxeber.az
14-04-2018, 12:48
24-12-2018, 10:44
10-05-2017, 23:01
3-02-2015, 11:55
25-10-2013, 01:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?