ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceh Psaki beynəlxalq KİV nümayəndələrinə müsahibə verərkən, rəsmi Vaşinqtonun Ukraynanı silahla təmin etmə planları barədə məlumat verib.
Psaxinin sözlərinə görə, ABŞ hələ belə bir qərar verməyib, amma ölkəsinin Ukraynanı silah - sursatla təmin etməsini də istisna etməyib. Psaxi jurnalistlərə onu da bildirib ki, bu sırf texniki olaraq Minsk razılaşmasına zidd bir addım kimi qəbul edilə bilməz, ona görə ki, ABŞ bu sənədi imzalamayıb.
Psaxi əlavə edib ki, ABŞ hökuməti Kiyevə kömək etmək variantları üzərində işləyir, amma onun ölkəsinin qarşısına qoyduğu əsas prioritet vəzifə Ukrayna konfliktinin sülh yolu ilə nizamlanmasına yardım etməkdir və heç kim Rusiya ilə müharibə etmək arzusunda deyil.
Xatırladaq ki, bundan əvvəl "The New York Times" qəzeti Avropada ABŞ və NATO - nun silahlı qüvvələrinin rəhbəri Filipp Bridlavın, eləcə də Ağ Evin və Pentaqon sözçülərinin Ukraynaya silah göndərilməsinə meyilli olmaları barədə yazmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?