Gundemxeber.az » Dünya » Ukrayna Saakaşvilinin əfv olunması üçün Gürcüstan və Aİ-yə müraciət edəcək
Ukrayna Ali Radasında Mixail Saakaşvilinin əfv olunması ilə bağlı Gürcüstan Prezidenti Salome Zurabişviliyə və Avropa İttifaqı ölkələrinin parlamentlərinə müraciət layihəsi qeydə alınıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Radanın saytında dərc olunmuş məlumatda humanitar aktın həyata keçirilməsi və Gürcüstanın üçüncü prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin əfv edilməsinin zəruriliyi bildirilir.
Layihənin təşəbbüskarları kimi onlarla deputatın, o cümlədən prezidentyönlü “Xalqın Xidmətçisi” Partiyasının fraksiya rəhbəri David Araxamiyanın adı çəkilir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisini Saakaşvilini müalicə üçün Kiyevə köçürməyə çağırıb.
Gundemxeber,az
8-05-2020, 00:44
17-09-2017, 20:15
13-12-2017, 11:41
3-09-2015, 20:10
13-10-2014, 16:14
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?