Gundemxeber.az » Dünya » Britaniya kəşfiyyatı Ukraynada aktiv döyüşlərin getdiyi ərazi barədə: “Rusiya seçim qarşısında qalıb”
“Dnepr çayının aşağı axarında bu il iyulun əvvəlindən əraziyə nəzarət üzrə aktiv döyüş əməliyyatları başlayıb”.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin analitikləri açıqlama veriblər.
Şərq sahilində, dağılmış Antonov körpüsü yaxınlığındakı kiçik Ukrayna plasdarmı (dayaq nöqtəsi - red.) ətrafında gedən gərgin döyüşlərlə yanaşı Rusiya və Ukrayna qoşunlarının kiçik bölmələri Dnepr deltasındakı adalar uğrunda da döyüşürlər.
Britaniya kəşfiyyatının sözlərinə görə, hər iki tərəf kiçik, sürətli motorlu qayıqlardan istifadə edir, Ukrayna isə bəzi Rusiya qayıqlarının məhv edilməsi üçün birtərəfli taktiki uçuş aparatlarını uğurla tətbiq edib.
“Rusiya dilemma qarşısında qalıb və Ukraynanın Zaporojye bölgəsində əks-hücum əməliyyatı ilə üzləşən Dnepr qoşun qrupunu genişləndirilmiş bölmələr hesabına gücləndirməklə bu təhlükənin qarşısını alıb-almayacağı ilə bağlı qərar verməyə çalışır”, - deyə analitiklər vurğulayıblar.
Gundemxeber.az
15-05-2014, 18:07
1-03-2016, 18:41
9-12-2022, 17:01
23-03-2021, 10:51
25-07-2022, 15:54
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?