Ən güclü pasportların reytinqində beş ildə ilk dəfə lider dəyişib. Birinci yeri Sinqapur tutub, onun vətəndaşları dünyanın 192 ölkəsinə vizasız gedə bilər. Əvvəllər lider olan Yaponiya üçüncü yerə düşüb.
Gundemxeber.az xəbər verir ki, bu, miqrasiya məsələləri ilə bağlı məsləhətlər verən Henley & Partners tərəfindən hazırlanan 2023-cü ilin üçüncü rübü üçün Dünya Pasport İndeksində əks olunub.
Şirkət qeyd edir ki, reytinqin 18 illik tarixində bütün ölkələr üçün vizasız istiqamətlərin sayı ildən-ilə artıb. Ölkələrin orta sayı bu illər ərzində təxminən iki dəfə artıb, 2006-cı ildəki 58-dən 2023-cü ildə 109-a çatıb. Birləşmiş Ştatlar son 10 ildə ən az yeni vizasız istiqamətlər açıb – cəmi 12 ölkə, Henley & Partners qeyd edir. Müqayisə üçün, Sinqapur həmin müddətdə öz vətəndaşları üçün 25 yeni vizasız ölkə açıb.
Dünyanın ən güclü 10 pasportunu təqdim edirik:
▪️Sinqapur - vizasız girişi olan 192 ölkə
▪️Almaniya - 190 ölkə
▪️İtaliya - 190 ölkə
▪️İspaniya - 190 ölkə
▪️Avstriya - 189 ölkə
▪️Lüksemburq - 189 ölkə
▪️Finlandiya - 189 ölkə
▪️Fransa - 189 ölkə
▪️İsveç - 189 ölkə
▪️Cənubi Koreya - 189 ölkə
▪️Yaponiya - 189 ölkə
Keçən illə müqayisədə Azərbaycan pasportu 5 pillə irəliləyərək 78-ci yerdən 72-ci yerə yüksəlib. Ölkə vətəndaşları 69 ölkəyə vizasız səhayət edə bilərlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?