“Avropa İttifaqı Ukraynadan taxıl idxalını quru yolla artırmalı olacaq”.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
Qeyd edək ki, (Aİ) xarici işlər nazirləri bu gün Brüsseldə keçirilən toplantıda "Taxıl sazişi"nin dayandırılmasının nəticələrini, taxılın quru yolla nəqli yollarını müzakirə edəcəklər. Aİ Xarici Əlaqələr Şurasının gündəliyində əsas məsələlərdən biri Ukrayna hadisələri olacaq. Aİ Şurası Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın videomüraciətini dinləməklə Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?