Türkiyədən Ukraynaya qayıdan “Azov” komandirləri tezliklə yenidən cəbhəyə yollana bilərlər.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandiri Aleksandr Pivnenko bildirib.
Onun sözlərinə görə, bununla bağlı heç bir qadağa olmayıb.
“Onlar da hazırlıq keçirlər və hamı kimi, tapşırıqları yerinə yetirəcəklər. Mənim üçün belə bir qadağa yoxdur ki, desinlər kimsə döyüşür, kimsə yox. Üstəlik, kimin döyüşəcəyinə mən qərar vermirəm. Onların qayıdışı cəbhədə yaranan vəziyyətdən asılıdır”, - deyə Aleksandr Pivnenko qeyd edib.
GUNDEMXEBER.AZ
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?