Gundemxeber.az » Dünya » Belarus və İran Ukraynaya qarşı əməkdaşlığı dərinləşdirir: “Shahed”lərlə bağlı razılaşma imzalana bilər
Belarus İranla hərbi əməkdaşlığı dərinləşdirir.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu əməkdaşlıq hər iki ölkənin Ukraynaya qarşı genişmiqyaslı müharibədə Rusiyaya dəstəyi fonunda gücləndirilir.
Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat verib.
Məlumata görə, Belarus Müdafiə Nazirliyinin rəhbəri, general-leytenant Viktor Xrenin İrana səfəri zamanı İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşdə pilotsuz təyyarələrlə bağlı razılaşma əldə etməyə cəhd etmiş ola bilər.
“Xrenin və Aştiani, ehtimal ki, görüş zamanı silah satışını müzakirə ediblər. Ola bilsin ki, Belarus, həmçinin öz ərazisində İranın “Shahed” pilotsuz təyyarələrinin istehsalı ilə bağlı razılaşma imzalamağa çalışıb”, - deyə analitiklər qeyd ediblər.
ISW əlavə edib ki, İran Müdafiə Nazirliyinin rəhbəri hərbi texnikanın alqı-satqısı ilə bağlı danışıqlara cavabdehlik daşıyır.
Gundemxeber.az
14-12-2022, 14:43
18-02-2019, 12:03
20-04-2015, 22:50
15-07-2016, 02:03
31-08-2020, 11:43
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?