Srağagün gecə ruslar Şahed-136 pilotsuz təyyarələri ilə Odessa vilayətinin cənubunda, Rumıniya sərhədindən bir neçə kilometr aralıda yerləşən liman infrastrukturuna zərbə endiriblər.
Gundemxeber.az xəbər verir ki, Rumıniya prezidenti Klaus İohannis Rusiyanın zərbələrini şərh edərkən belə hücumların qəbuledilməz olduğunu bildirib.
"Rusiyanın Rumıniyaya yaxın olan Dunayda Ukraynanın mülki infrastrukturuna davam edən hücumları qəbuledilməzdir. Bunlar müharibə cinayətləridir və Ukraynanın öz ərzaqlarını dünyada köməyə ehtiyacı olanlara ötürmək qabiliyyətinə əhəmiyyətli təsir göstərir", - o yazıb.
"Taxıl sövdələşməsi”ndən çıxdıqdan sonra ruslar Ukraynanın liman infrastrukturuna fəal şəkildə zərbələr endirməyə başlayıblar və buna terrorçulara qarşı mübarizə adı ilə bəraət qazandırırlar
Xüsusilə, iyulun 24-də Rusiyta Dunay çayı üzərindəki liman obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum edib. Ən azı dörd taxıl anbarı, neft və yanacaq anbarları və inzibati binaya ziyan dəyib.
Rumıniya Prezidenti İohannis daha sonra vurğulayıb ki, bu, Qara dənizdə ciddi təhlükəsizlik riskləri yaradır və taxılın Ukrayna ərazisindən sonrakı tranzitinə, deməli, qlobal ərzaq təhlükəsizliyinə təsir göstərir.
Avqustun 2-də rusiyalı terrorçular dronlarla Ukraynaya hücum ediblər. Onlardan 11-i Odessa vilayətində məhv edilib, Dunay limanının obyektləri və sənaye infrastrukturu hücuma məruz qalıb. Lift, taxıl anbarları, yük terminallarından birinin çənləri, istehsalat, anbar və inzibati binalar dağıdılıb. Dəniz vağzalının üçmərtəbəli binasına da xeyli ziyan dəyib.
Sorğu
Yeni dizaynımız necədir?