GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İtkin ailələri BMT-yə müraciət ediblər

İtkin ailələri BMT-yə müraciət ediblər

Tarix: 3-08-2023, 15:51 Bölmə :Dünya Baxış: 201


“Qarabağ İtkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına müraciət edib.

Gundemxeber.Az xəbər verir ki, müraciətdə deyilir:

“Biz - Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3 890 nəfər azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından BMT-nin Baş katibi cənab Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Çaba Köröşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti cənab Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə müraciət edirik.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır və bu, insan kimi bizim hüququmuzdur.

Lakin biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq, Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina edir, bizi bitməyən əzaba, iztirablara məhkum edib. Analar və atalar itkin övladlarının həsrətilə, onların fotoşəkillərini sinələrinə sıxaraq bu dünyadan nisgillə ayrılırlar. Uşaqlar itkin valideynlərini yalnız onlar barədə deyilənlərdən təsəvvür edirlər. Bu, minlərlə ailədə hər gün üzləşdiyimiz faciə, dəhşət deməkdir.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində XX əsrin 90-cı illərində Azərbaycanın 20 faiz ərazisi işğal edildi, şəhərləri, kəndləri vandalcasına dağıdıldı, talan edildi, insanlar qətlə yetirildi, soyqırımına və etnik təmizləməyə məruz qaldı, bir milyona yaxın Azərbaycan vətəndaşı qaçqına və məcburi köçkünə çevrildi, 20 min insan həyatını, 50 min insan sağlamlığını itirdi.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri qocadır.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüblər, bütöv ailələr və nəsillər məhv edilib. Apardığımız araşdırmalar təsdiq edir ki, I Qarabağ müharibəsində 61 ailənin ikidən yeddiyədək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir.

2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad edərək BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri özü icra etdi. Lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi oradan qovulmuş insanlara, o cümlədən itkin ailələrinə yurd yerlərinə getməyə imkan vermir. Bundan başqa, Ermənistan nə dəqiq mina xəritələrini, nə də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim edir. Mina xəritələrinin verilməməsi səbəbindən son üç ildə 300-dən artıq Azərbaycan vətəndaşı mina partlayışının qurbanına çevrilib.

Son illərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən itkinlərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələrin götürülməsi, DNT profillərinin çıxarılması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması bizdə böyük ümidlər yaradır. Ancaq qısa müddətdə doqquz kütləvi məzarlığın aşkar edilməsi qəlbimizi göynədir.

Kütləvi məzarlıqlardan biri Kəlbəcər rayonunun Başlıbel kəndində, üçü Xocavənd rayonunun Edilli kəndində, biri Xocalı rayonunun Fərrux kəndində, ikisi Şuşa rayonunun Daşaltı kəndində, biri Şuşa şəhərində, biri Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlığın izinə düşülüb, hazırda həmin istiqamətlərdə araşdırmalara başlanıb.

İnsanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir.

Sizdən xahiş edirik ki, Ermənistana çağırış edəsiniz ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin.

İtkin düşmüş şəxslər problemi qlobal mahiyyətlidir, təkcə Azərbaycan üçün aktual deyildir. Bu məsələ ilə səmərəli məşğul olmaq üçün BMT sisteminin də səylərini artırması vacibdir. Buna görə də sizə çağırış edirik ki, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına öz töhfənizi əsirgəməyəsiniz”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İtkin düşmüş şəxsin meyiti su kanalından tapıldı

    İtkin düşmüş şəxsin meyiti su kanalından tapıldı ...

    23-11-2015, 14:33

  • 
  • Ermənistanda itkin ailələri Rusiya səfirliyinin önündə aksiyası keçirdi

    Ermənistanda itkin ailələri Rusiya səfirliyinin ...

    10-02-2021, 17:03

  • 
  • Gəmi batıb, 15 nəfər itkin düşüb

    Gəmi batıb, 15 nəfər itkin düşüb ...

    1-05-2016, 22:37

  • 
  • Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin sayı açıqlanıb

    Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ...

    5-07-2016, 16:04

  • 
  • Beyləqanda itkin düşmüş kişi arvadının sifarişi ilə qətlə yetirilib

    Beyləqanda itkin düşmüş kişi arvadının sifarişi ...

    11-09-2018, 11:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu