GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Environmental Protection First” (EPF) Koalisiyası elan edilib - Bəyanat

“Environmental Protection First” (EPF) Koalisiyası elan edilib - Bəyanat

Tarix: 7-08-2023, 10:00 Bölmə :Dünya Baxış: 205


“Environmental Protection First” (EPF) Koalisiyası elan edilib.

Bununla bağlı bəyanatda deyilir:

"Biz, aşağıda imza edən Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobul şəkildə pozmaqla getdikcə gücləndirilən iqtisadi fəaliyyətin 15 milyondan çox əhalinin yaşadığı Cənubi Qafqaz regionunu bütövlükdə fəlakətə sürükləməsindən dərin narahatlığımızı ifadə edir və bununla mübarizədə səyləri birləşdirmək üçün “Environmental Protection First” (EPF) adlı koalisiya yaratdığımızı elan edirik.

Mütəxəssislər tərəfindən aparılan yoxlamalar Ermənistanın dağ-mədən müəssisələrinin zəhərli kimyəvi tullantılarının Azərbaycanla sərhəddə də su resurslarına, ətraf mühitə böyük ziyan vurduğunu aşkarlayıb. Bütün bunlar əhalinin qayıdışına və təhlükəsiz yaşayışına mane olmaqla, azad edilmiş ərazilərdəki mina, dağıntılar problemləri qədər narahatedicidir.

Ciddi narahatlıqlar və suallarla bağlı bu yaxınlarda Azərbaycanın vətəndaş cəmiyyətinin şəxsən Ermənistanın Baş nazirinə ünvanladığı Açıq Məktubda qaldırılan məsələlərə Nikol Paşinyan tərəfindən cavab verilməməsi, beynəlxalq ekspertlərə Ermənistana gəlib yerində vəziyyəti qiymətləndirməyə şərait yaradılmaması, xarici ölkə QHT-lərinin oxşar məzmunlu müraciətlərinin nəzərə alınmaması bu koalisiyanın qurulmasını şərtləndirir.

Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi koalisiyanın əsas işi olacaq.

Bu işdə Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının da köməkliyinə ümid edirik. Çünki bu məsələlər Ermənistan əhalisi üçün də ciddi təhlükə, sağlamlıq riskləri yaradır. Təəssüf edirik ki, bunu yaxşı dərk edən Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına yerli hakimiyyət tərəfindən məhəl qoyulmur, onlar sıxışdırılır. Biz həm də boğulan erməni vətəndaş cəmiyyətinin səsi olacağıq, bütün Cənubi Qafqaz əhalisinin səsi olacağıq. Bu işdə Gürcüstanın vətəndaş cəmiyyətinin də güclü dəstəyinə ümid edirik.

Bu gün dünya birliyinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri uğrunda səfərbər olaraq ətraf mühit problemlərinin həlli üçün daha əzmlə çalışdığı bir vaxtda, Ermənistanın davranışları bu fəaliyyətin tamamilə ziddinədir.

Koalisiya öz işinə Ermənistanın dağ-mədən sənayesində işləyən xarici şirkətlərin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin təftişindən başlayır. Təəssüf edirik ki, apardığımız ilkin monitorinqlər göstərir ki, Ermənistanda fəaliyyət göstərən şirkətlər ictimaiyyət üçün açıq olmalı olan bu sənədləri ört-basdır edir.

Biz Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə üz tutaraq ƏMTQ sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saytlarına yerləşdirməyə və ya ictimaiyyətə elan etməyə çağırırıq. Biz bu sənədlərlə tanış olmaq istəyirik.

Biz fəaliyyətimiz çərçivəsində Ermənistanda işləyən xarici şirkətlərin baş ofisləri, onların mənsub olduğu ölkələrin aidiyyəti rəsmi qurumları ilə, o cümlədən beynəlxalq təşkilatlarla fəal kommunikasiya, əməkdaşlıq qurmaq niyyətindəyik.

Fəaliyyətimiz tam şəffaf və hesabatlı olacaq, daimi əsasda gördüyümüz işlər barədə ictimaiyyəti məlumatlandıracağıq.

Bu işdə maraqlı olan bütün tərəfləri EPR ilə tərəfdaşlığa, əməkdaşlığa dəvət edirik".

Bəyanatı aşağıdakı şəxslər imzalayıb:

Amin Məmmədov, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi

Pərvanə Vəliyeva, “Sağlamlığa Xidmət” İctimai Birliyi

Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Qəmzə Yusubova, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının B Ə Y A N A T I

    Mədən Sənayesində Şəffaflığın Artırılması ...

    18-07-2016, 22:10

  • 
  • Azərbaycan QHT-ləri Ermənistanın dağ-mədən müəssisələrində monitorinq keçirmək istəyirlər

    Azərbaycan QHT-ləri Ermənistanın dağ-mədən ...

    7-07-2023, 11:54

  • 
  • MHŞT: “Fuad Qəhrəmanlının, Asif Yusiflinin və Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edirik”

    MHŞT: “Fuad Qəhrəmanlının, Asif Yusiflinin və ...

    17-12-2018, 16:42

  • 
  • “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası qurumun bəzi üzvlərini yanlış məlumatlar yaymaqda ittiham edib

    “Mədən sənayesində şəffaflığın artırılması” ...

    2-02-2017, 22:58

  • 
  • QHT Koalisiyasında qalmaqal səngimir

    QHT Koalisiyasında qalmaqal səngimir ...

    5-02-2017, 20:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu