Gundemxeber.az » Dünya » Yaponiyada qasırğa səbəbindən 157 min insana təxliyə tövsiyəsi verilib
Yaponiyanın cənub-qərbində yerləşən Miyazaki prefekturasında “Kanun” qasırğasının təsiri ilə əlaqədar ən azı 157 min insana evlərini tərk etmək və təxliyə mərkəzlərinə köçmək tövsiyə olunub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Yaponiyanın cənubunda bir həftədən artıqdır davam edən tropik tufan Okinava və Kyusyu adalarında güclü yağışlara səbəb olub. Bəzi rayonlarda yağıntının intensivliyi sutkada 300-400 mm-dir. Bu, sürüşməyə, daşqına, çayların məcrasından çıxmasına səbəb ola bilər.
“Kanun” hazırda yavaş-yavaş Kyusyu sahilləri boyunca şimala doğru irəliləyir. Qasırğa zonasında küləyin sürəti 25-30 m/s-ə çata bilər.
Eyni zamanda, bu il sayca yeddinci olan “Lan” tayfunu Sakit okeanda formalaşıb və həftənin sonuna kimi Yaponiyanın paytaxt regionuna yaxınlaşa bilər.
Gundemxeber.az
3-07-2023, 12:24
12-03-2017, 11:37
23-02-2016, 12:18
9-06-2018, 11:43
6-04-2020, 11:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?