“İran Rusiya ilə vizaların tamamilə ləğvinə getməyə hazırdır”.
Gundemxeber.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.
Diplomat qeyd edib ki, İran və Rusiya hazırda vizasız qrup turist səfərləri haqqında sazişin icrasının lap başlanğıcındadır:
“Ölkələrimiz arasında vizaların tam ləğvinə gəlincə, qeyd etmək istərdim ki, İran bu addıma - dövlətlərimizin vətəndaşlarının bir-birinə sərbəst gediş-gəlişi üçün vizanı ləğv etməyə tam hazırdır. Təbii ki, biz rəsmi şəxslərimizdən müvafiq qərarlar gözləyirik, ondan sonra bu tədbirlər təsdiqlənəcək və tətbiq olunacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?