Partlayıcı şoranın (selitra) saxlandığı Mahaçqala avtoservisinin sahibi Yusup Xudiyev Moskvada xəstəxanaya aparılıb.
Məlumata görə, onun dindirilməsi bu gecə - anesteziyadan ayılandan sonraya planlaşdırılır. Partlayış zamanı iş adamının çənəsi sındığı üçün dindirilmə zamanı o, ancaq başını tərpədə bilir.
Xudiyevə, həmçinin, qarın divarının, döş qəfəsinin və baş nahiyəsinin çoxsaylı yaraları diaqnozu qoyulub, yumşaq toxumalarında yad cisimlər aşkar edilib.
Qeyd edək ki, Yusup Xudiyev avtoservis otağını icarəyə götürüb. Orada digər sahibkar Eldar Nəsrulayev qanunsuz olaraq satış məqsədilə 100 tona yaxın şora saxlayıb. Məhz bu gübrələr baş verən yanğından sonra partlayıb, bundan sonra yanğın yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib, orada çənlər və qaz avtomobili partlayıb. Hazırda 35 ölü və 100-dən çox yaralının olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?