Moskvanın məşhur “Lefortovo” həbsxanasında saxlanılan Mahaçqalanın sabiq meri Səid Əmirov əl və ayaq damarlarını doğrayıb. Səid Əmirov iyunun 11-də özünə sui-qəsd edib.
Depressiyada olan Səid Əmirov yaşamaq istəmədiyini bildirib. O, xəstəxanaya yerləşdirilib. Səid Əmirovun vəkilləri açıqlama verməkdən imtina ediblər.
Qeyd edək ki, iyunun 1-də Mahaçqala şəhərinin meri Səid Əmirovun həbs edilib. “Qanlı Ruzvelt” ləqəbli Səid Əmirov cinayətkar qruplaşma yaratmaqda, çoxsaylı qətllərin sifarişində və narkotik vasitə ticarətində ittiham olunur. O, Mahaçqala yaraqlılarının liderlərindən olan Sirajudin Quçuçalievin ifadələri əsasında tutulub. Həmin gün Səid Əmirovun qardaşı oğlu, Kaspiysk şəhər merinin müavini Yusup Cəfərov və daha 12 nəfər də həbs edilib. Səid Əmirov və digər saxlanılanlar elə həmin gün - iyunun 1-də xüsusi təyyarə ilə Moskvaya aparılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?