GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə KİV: “Qarabağ erməniləri iki yerə bölünüb - barışıq tərəfdarı olanlar və aqressiv qrup”

Türkiyə KİV: “Qarabağ erməniləri iki yerə bölünüb - barışıq tərəfdarı olanlar və aqressiv qrup”

Tarix: 21-08-2023, 21:56 Bölmə :Dünya Baxış: 224

“Qarabağ erməniləri iki yerə bölünüb - barışıq tərəfdarı olanlar və aqressiv qrup”.

Gundemxeber.az “Report”a istinadla xəbər verir ki, bu fikirlər “Türkiyə” qəzetinin Azərbaycanın işğaldan azad olunan ərazilərindən hazırladığı reportajda əksini tapıb.

Müəllif yazır ki, dünya birliyi uzun illər Qarabağda yaşananlara göz yumub: “Əgər qətliamlar davam etsəydi, buna sadəcə Türkiyə və Pakistan üzüləcəkdi, dünya birliyi baş verənləri heç vecinə belə almazdı”.

Daha sonra Rusiyanın münaqişənin həllində yarıtmaz fəaliyyətinə toxunulub və vurğulanıb ki, Kreml Azərbaycanın belə bir zəfər qazanacağını gözləmirdi:

“Türkiyə istehsalı olan silahlar və Türkiyə Ordusunun təcrübəsi müharibənin gedişatını dəyişdirəndə rusiyalılar tələsik bölgəyə daxil oldular. Bir gecədə bölgəyə sülhməramlı qismində iki min əsgər gətirildi. Əslində, müharibədən sonra imzalanan 10 noyabr bəyanatı bölgəyə sakitlik gətirə və indi bir çox məsələlər həll oluna bilərdi. Təəssüf ki, ermənilər diasporun təkliflərinə aldandılar və üçtərəfli bəyannaməni nəzərə almadılar”.

Laçın yolu ilə dərman və yeməkdən çox silah və siqaret daşınıb

Müəllif qeyd edib ki, indi əsas mövzu Laçın yoludur və bura illərdir humanitar yardım üçün açıqdır:

“Ancaq bu yolla dərman və yeməkdən çox silah və siqaret daşınıb. Ağdam-Xankəndi yolu ilə humanitar yardımların daşınması barədə razılıq olsa da, bu, yerinə yetirilmədi. Biz rayonda olarkən Xankəndidən Laçın yolu ilə onlarla erməninin rahatlıqla Ermənistana keçdiyinin şahidi olduq. Heç kim heç nə demir, rahatlıqla keçir, hətta çamadanlarını da aparırlar.

Azərbaycanlılar deyir ki, “Bizə qarşı cinayət törətməsəydilər, əlləri qana batmasaydı, amnistiya tətbiq edərdik”. Ruben Vardaryan Qarabağla heç bir əlaqəsi olmayan oliqarxdır. Arayik Arutyunyan “Gəncə və Bərdəyə hücum əmrini mən vermişəm” deyən terrorçudur. Amma qəribədir ki, onlar hələ də Qərb tərəfindən qorunurlar”.

Daha sonra vurğulanıb ki, azərbaycanlılar külli miqdarda pul xərcləyib əla magistral yollar salıblar. Ağdamın çıxışında ermənilər (və ruslar) yola beton bloklar yığıblar. Rusiya guya müşahidəçidir, lakin keçmiş qırğınların əksəriyyətində onun imzası var. Söhbət 366-cı alaydan gedir:

“Xalqının əmin-amanlığını, rifahını istəyən Prezident İlham Əliyev müqavilələr imzalayır, gələcəyə baxır. Azərbaycanlılar deyirlər ki, Nyu-York olsun, Brüssel olsun, Moskva olsun, harada oldu, oturub danışaq. Cəmi beş şərt var: Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaq, gələcəkdə heç kim heç kimdən torpaq tələb etməyəcək, qarşılıqlı səfirliklər açılacaq, diplomatiya başlayacaq, nəqliyyat və rabitə təmin olunacaq, humanitar məsələlər üzrə birgə komissiya yaradılacaq”.

Qeyd olunub ki, Birinci Qarabağ müharibəsində ermənilər bölgədə yaşayan dörd min azərbaycanlını əsir götürüblər. Otuz il keçib, onların nə ölmələri, nə də sağ olmalarından xəbər var. İrəvan bu barədə heç də demir. Qarabağ erməniləri iki qrupdur, bəziləri barışıq tərəfdarıdır, sıxışdırılır, təhqir olunur, hətta həbs edilirlər. Digər qrup isə kompüterin qarşısında çox aqressiv oturub yalan xəbərlər yayır.

“Qarabağ erməniləri yanacaq yoxdur deyə ağlayır, sonra 45 avtobusla mitinqə gedirlər”

“Qarabağ ermənilərinin heç bir hüququ əngəllənmir. Toy edib videolar çəkir, restoranlardan və əyləncə məkanlarından şəkillər paylaşırlar. Yanacaq yoxdur deyə ağlayır, sonra 45 avtobusla mitinqə gedirlər. Azərbaycan da onları qeydə alır və beynəlxalq məhkəmələrdə sübut kimi istifadə edir. Ola bilsin ki, iki tərəf danışıb razılığa gələ bilər, amma Rusiya, ABŞ, İran və Fransa ekstremistləri təhrik edir və inteqrasiyanın qarşısını alır. Ağdamdan Xankəndiyə gedən yol genişdir, üstəlik, magistral və dəmir yolu var. Zəngəzur yolu Naxçıvanı Azərbaycanla birləşdirəcəkdi, İran bunun qarşısını almaq üçün əlindən gələni etdi. Azərbaycanlılar sözügedən xəttin özlərinə düşən hissəsini tamamlayıblar, Ermənistan isə hələ barmağını belə qaldırmayıb. Onlar cəmi 42 km məsafə qət etməlidirlər. Hələ bünövrəsini belə qoymayıblar”, - müəllif yazıb.

“Ermənilər BTC-dən istifadə etsəydilər, indi oturduqları yerdə pul qazanardılar”

O da xatırladılıb ki, “əgər ermənilər vaxtında Bakı-Tbilisi-Ceyhan və TANAP layihələrində iştirak etsəydilər, indi oturduqları yerdə pul qazanardılar. Bəs indi nə oldu? Ermənistan yan keçdi, Gürcüstan qalib gəldi. Bu dəhliz təkcə avtomobil və dəmir yolu nəqliyyatı deyil, həm də enerjiötürücü xətt olacaqdı. Qəribədir ki, Azərbaycan bütün ev tapşırıqlarını yerinə yetirsə də, təzyiq altındadır. Bu əməliyyat azərbaycanlılara öz dost və düşmənlərini göstərdi, İran ermənilərin yanında yer aldı. Türkiyə və Pakistan sona qədər Azərbaycanın yanındadır. Türkiyə azərbaycanlı qardaşlarını tək qoymur. Həm tikintini sürətləndirir, həm də onların səsini xarici dünyaya çatdırır”.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın işğalını heç vaxt qəbul etmir

Sonda vurğulanıb ki, azərbaycanlılar Rusiyanın qarşısında aciz deyillər. Onlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın işğalını heç vaxt qəbul etmirlər:

“Bildiyiniz kimi, hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Amma ermənilər lazım olan malları üçüncü ölkələrdən alıb rusiyalılara satırlar. Bu günə kimi işğaldan azad olunan torpaqlarda 65 min mina təmizlənib. Ağdam 30 min əhalisi olan şəhər idi, indi heç nə qalmayıb. Nə Cəbrayıl, nə Füzuli, nə kəndləri qalıb. Qarabağ erməniləri azərbaycanlıların malikanələrində yerləşiblər. Azərbaycan silahlı hücumlara cavab verir. Ermənilər sonra da hay-küy salırlar ki, mülki əraziyə hücum ediblər. Qardaş nə ərazi? Şəhərlər xarabalığa çevrilib - nə şüşəsi, nə damı, qapısı, pəncərəsi, bir divar belə qalmayıb. Yenidən qurulan kəndlərə gəldikdə, keyfiyyətlə inşa edilib. Zəngilanın Ağalı kəndində su, işıq, qaz, kənd təsərrüfatı alətləri var. İnanın ki, onların məktəbləri gül kimi, həsəd aparılacaq formadadır”.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə məşhur hərbi birliyi Suriyaya göndərir

    Türkiyə məşhur hərbi birliyi Suriyaya göndərir ...

    14-12-2016, 23:37

  • 
  • KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində yeddi min əsgərini yerləşdirəcək

    KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində ...

    16-12-2015, 18:01

  • 
  • ​Qarabağda yeni cəbhə: KREML TÜRKİYƏ MÜDAXİLƏSİNƏ RAZIDIR

    ​Qarabağda yeni cəbhə: KREML TÜRKİYƏ MÜDAXİLƏSİNƏ ...

    9-11-2017, 17:06

  • 
  • Ərdoğan və Putinin erməniləri qorxudan - Planı

    Ərdoğan və Putinin erməniləri qorxudan - Planı ...

    19-12-2019, 11:46

  • 
  • “Azərbaycanın cəsur Ordusunun torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirik” - Pakistan səfiri

    “Azərbaycanın cəsur Ordusunun torpaqlarını ...

    27-10-2020, 13:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu