Türkiyə Baş Qərargahı Sarıqamış və Çanaqqalada tarix yazan məşhur 57-ci Alayın davamı olan 57-ci Taborunu Əl Baba göndərməyə hazırlaşır. Hazırda bölgəyə Dənizli, Sarıqamış və Kayseridən xüsus təyinatlı qüvvələr göndərilib. Sarıqamışdan göndərilən 57-ci Komanda Taborunun Əl Bab əməliyyatlarının son mərhələsində iştirak edəcəyi gözlənilir. Birliklər cənubda, Tadif və Aran qəsəbələrində möhkəmlənən İŞİD terrorçularına qarşı əməliyyat keçirəcək. Xatırladaq ki, 57-ci Alay Çanaqqala müharibəsinin taleyini dəyişdirib. Atatürkdən “Sizə savaşmağı deyil, ölməyi əmr edirəm” tapşırığını alan Alayın bütün döyüşçüləri müharibədə həlak olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?