Gundemxeber.az » Dünya » Trampın sərbəst buraxılması üçün tələb olunan məbləğ açıqlandı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Corciyada seçkilərə müdaxilə ilə bağlı təhqiqat çərçivəsində 200 min dollar girov müqabilində sərbəst buraxılacaq.
Bununla bağlı onun vəkilləri və prokurorluq arasında müvafiq razılaşmalar əldə olunub.
Razılaşmaya əsasən, Trampın özü, ehtimal ki, formal həbsindən sonra baş tutacaq həbs-qətimkan tədbiri ilə bağlı dinləmələrdə iştirak etməli olmayacaq. Tramp avqustun 25-dək polisə təslim olmalıdır.
Bəzi müttəhimlərdən fərqli olaraq, keçmiş prezidentə iş üzrə 18 müttəhimə, habelə hər hansı şahidə və ya bu işdə əli olan, lakin mühakimə olunmamış 30 nəfərə sosial şəbəkələrdən istifadə etməklə təzyiq göstərmək qadağan edilib.
Gundemxeber.az
2-05-2018, 14:58
19-07-2018, 14:52
4-06-2018, 11:20
28-07-2018, 19:40
20-02-2018, 13:33
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?