Ukrayna ordusu Rusiyada yerləşən obyektlərə qarşı növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücuma cəhd göstərib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Bryansk və Kursk vilayətləri səmalarında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulublar.
Kursk vilayətinin qubernatoru Roman Starovoyt bildirib ki, Karl Marks küçəsində yerləşən çoxmənzilli evə PUA-nın qalıqları düşüb və nəticədə bir neçə mərtəbədə pəncərələr sınıb.
“Yanğın baş verməyib, sakinlərdən heç kim xəsarət almayıb”, - deyə qubernator bildirib.
Sorğu
Yeni dizaynımız necədir?