Ban Ki-Mun, Libermandan Qəzzadakı vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atmalarını istəyib
Siyasət BMT-nin mərkəz ofisində İsrail xarici işlər naziri Avidqor Liebermanla görüşən BMT Baş katibi Ban Ki-Mun, İsrail qarşısında konkret tələblər qoyub. Baş katib bildirib ki, görüşdə iki dövlət üçün ən yaxşı yol tərəflər arasında müzakirələrin davam etdirilməsidir. Baş katib bu müzakirələrə böyük dəstək verdiyini söyləyib və Libermandan Qəzzadakı vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atmalarını istəyib.
O, bildirib ki, Fələstinlə müzakirələrin birmənalı şəkildə davam etməsi üçün İsrail vəziyyəti yaxşılaşdırmağa çalışmalıdır.
Görüş zamanı tərəflər bölgədəki son vəziyyəti də müzakirə ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?