Ermənistan parlamentinin rəhbəri Alen Simonyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib.
Saytlar sərhəddə gərginliyin artdığı vaxtda Simonyanın öz kefindən qalmadığını yazırlar. "Simonyan həyatdan həzz almağa davam edir. O, İnstaqram səhifəsində motorlu qayıqla Göyçə gölündən fotolar paylaşır. Azərbaycanla isə Göyçədən bir neçə kilometr aralıda yerləşən Sotk məntəqəsində döyüşlər gedir. Rəsmi məlumatlara görə, artıq 4 hərbçimiz həlak olub, biri yaralanıb", - "Jam" yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?