Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarındakı təbiəti və gözəlliyi ilə məşhur olan Göyçə gölünü çimərliyə çevirib.
Ötən həftənin şənbə günü göldə 11 ictimai çimərlik açılıb.
Açılış mərasimində iştirak edən Ermənistanın ətraf mühitin qorunması naziri Arsvik Minasyan erməniləri çimərliklərdən istifadə etməyə çağırıb. Erməni nazir həmçinin, göldə yaradılan çimərlikləri xarici turistlər üçün də nəzərdə tutulduğunu vurğulayıb.
Ermənistan mediasının məlumatına görə, ötən il Göyçə gölünə gələn turistlərin sayı 160-180 min arası olub.
Qeyd edək ki, Göyçə gölü bütün Qafqazın ən böyük duzsuz su mənbəyidir. 1914 metr hündürlükdə yerləşən gölün uzunluğu 70 kilometrdir. Nadir təbiət incisi olan gölün erməni işğalı altında qalması Göyçənin gözəlliyinin məhv olmasına gətirib çıxarıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?