Gundemxeber.az » Dünya » Qondarma “Luqansk Respublikası”nda generalın evi partladıldı: Ağır vəziyyətdədir
Qondarma “Luqansk Xalq Respublikası”nda “gömrük rəhbəri” Yuri Afanasyevskinin evi partladılıb.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, partlayışın Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən törədildiyi bildirilir.
“O, öz evində partladılıb. Afanasyevski baş, boyun, qarın nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və ağır vəziyyətdə reanimasiyadadır. General-mayor və Federal Təhlükəsizlik Xidməti mərkəzi aparatının agenti olan Afanasyevski “Luqansk Xalq Respublikası”nın “rəhbəri” Leonid Paseçnikin “maliyyəçisi” olması ilə tanınır”, - deyə bununla bağlı mənbənin verdiyi məlumatda qeyd edilib.
Afanasyevski Ukraynaya qarşı vuruşan silahlı birləşmələri maliyyələşdirmək üçün ayrılan vəsaitləri “yuyub”. O, Aİ, Böyük Britaniya, Kanada, İsveçrə, Yaponiyanın sanksiyaları altındadır.
Gundemxeber.az
30-07-2014, 18:45
20-02-2017, 01:09
11-05-2014, 12:38
5-04-2016, 00:11
18-02-2020, 12:55
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?