Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar.
G-X “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, etirazçılar yaxın müddətdə daha bir çadırın qurulacağını bildiriblər.
Hadisə yerinə polis və Milli Qvardiyanın əsgərləri cəlb edilib.
Qeyd edək ki, ötən gün Rusiya Ukraynanın Donbas bölgəsindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?