Gundemxeber.az » Dünya » Məşhur azərbaycanlı diplomat və jurnalist 100 yaşında vəfat edib
Azərbaycan-sovet diplomatı və jurnalisti Ənvər Məmmədov 100 yaşında Moskva şəhərində vəfat edib.
Bu barədə Rusiya mətbuatı onun qohumlarına istinadən məlumat yayıb.
Ənvər Məmmədov 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub.
Atası, Məmmədov Nazim Rauf oğlu repressiya olunub və 1949-cu ildə həbsxanada vəfat edib. Ölümündən sonra bəraət alıb. Anası Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyib. Ənvər Məmmədov İkinci Dünya müharibəsində iştirak edib.
Ə.Məmmədov SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləyib, Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib. 1950-ci ilin fevralına kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru (xaricdə yayımlanan) vəzifəsində çalışıb.
1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir-müşaviri, “SSRİ” jurnalının baş redaktoru olub. 1959-1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini, 1962-1985-ci illərdə - SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini olub.
Yeddi orden və on medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilib.
Gundemxeber.az
6-07-2021, 09:16
28-08-2015, 20:00
4-05-2016, 11:03
8-05-2018, 11:24
30-04-2021, 11:59
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?